Səma Fuadqızı

20150418_12071420150418_12064820150418_12073520150404_173727FB_IMG_1429796853227FB_IMG_1429796879590FB_IMG_1429796752778FB_IMG_1429796748986 (1)20150218_16301820150302_14301020140617_180345 (2014_08_23 06_11_42 UTC)20140712_101856 (2014_08_23 06_11_42 UTC)10633771_775976235771300_9090553586603053649_o20150404_13321020150404_13330120150404_13350520150404_14040720150404_13352820150404_14051420150404_16041420150404_14034920150403_15274220140506_13020520140506_13023320140506_13031220140506_13075920140718_20160620140724_104358-EFFECTS20140816_000750-EFFECTS20140902_112119-EFFECTS20140904_13151020141030_11334420141030_113550-EFFECTS20150320_140342-EFFECTS20150326_120942-HDR20150331_144107-HDR20150403_151043-EFFECTS20150406_094650-EFFECTS20150410_14353820150410_143538-EFFECTS20150414_120800-EFFECTS20150410_14454620150410_14461520150421_16370920150421_16371820150421_16371220150410_15014320150414_120924IMG_4395IMG_4396IMG_4397IMG_4401IMG_4403IMG_4404IMG_4408IMG_4414IMG_4416IMG_4419IMG_4426IMG_4427IMG_4431IMG_4432IMG_4436IMG_4444IMG_4445IMG_4449IMG_4451IMG_4452IMG_4455IMG_4456IMG_4493IMG_4507IMG_4509IMG_4511IMG_4517IMG_4526IMG_4528IMG_4532IMG_4534IMG_4541IMG_4546IMG_4547IMG_4550IMG_4553

22 aprel Hədəf Kurslarının Nizami filialında abituriyent hazırlığından

22 aprel Hədəf Kurslarının Nizami filalında 3-cü qrupa hazırlaşan 10 A sinifində Azərbaycan tarixi dərsi keçilib.  Dərsin əvvəlində müəllim Məzahim Mustafazadə Cənubi Azərbaycan xanlıqları haqqında uşaqlara məlumat verib. Daha sonra şagirdlərin test tapşırıqlarını yoxlayıb, onların suallarını  cavablandırıb. Dərsin sonunda müəllim keçilən mövzuları şagirdlərlə sorğu-sual edib.

KİTABQURDLARI

Sizə kimdən deyim? Kitab yazanlardan.Yox! Mən şairləri, yazıçıları, elm adamlarını və s. nəzərdə tutmuram. Mən artıq yazılmış bir kitabı yenidən yazanlardan danışmaq istəyirəm. Bu kitab yazanlar kitab ziyanverciləridir. Adətən kitabı çox oxuyanlara, sevənlərə kitabqurdu deyirlər. Doğrusu, mən də bu sözü sevirəm, amma yaxşı mənada. Bu mövzuda isə qəhrəmanlarımı kitabqurdu adlandıraraq, bu mövhuma digər baxışdan yanaşmaq istədim. Qurd ziyanvericidir. Mədəsinin tələbatını ödəmək üçün nələrisə yeməli olur ki bu da ətrafa, əsas da insan həyatına ziyan verir. Onu deyim ki, insandan böyük ziyanverici, tanımıram. Yaşadığı dünyada təbiətə, insanlara, digər canlılara qarşı etdiyi vəhşilikləri insan qədər heç bir canlı törətməyib. Bu başqa problemin mövzusu olduğundan kitabqurdlarına qayıdaq.

Bir oxucu olaraq kitab mağazalarına, kitabxanalara tez-tez baş çəkirəm. Kitabqurdlarının “əl işləri”ni, “sənət əsərləri”ni ən çox kitabxanadan götürdüyüm kitablarda görürəm. Kimi kitabın boş və ya dolu səhifələrində riyaziyyat məsələsi həll edib, kimi anket doldururmuş kimi oxuduğu universitetin, fakültənin adını, qrup nömrəsini qeyd edib, kimi it-pişik, dovşan və ya təbiətdə olmayan əndrəbadi heyvan şəkilləri çəkib. Siyahını uzatsam onda gərək mən də bu haqda bir kitab yazam.Hətta kimsə kitabda öz ev və mobil nömrəsini, sosial şəbəkədəki hesab linkini yazsa heç təəccüblənmərəm.

 Bu kitabqurdları inanmıram ki, yaşıl kağıza bu cür əzab verərlər. Axı onlar maddi aləmdə bu kağızın sayəsində yaşayırlar, amma bizi mənəvi aləmdə yaşadanlardan biri kitablardır.Bu mövzu haqqında düşündükcə məndə maraqlı suallar yaranır. Görəsən, bu kitabqurdlarının evində kağız tapılmır və yaxud heç olmasa yaraladıqları kitabları oxuyublar? Oxuduqdan sonra etdikləri əmələ görə peşman olublarmı?

 Düşünürəm, kitab yazmaq adəti kitabqurdlarının uşaqlıqda hafizəsinə həkk olunub. Zənnimcə, onlar ibtidai və ya orta məktəbdə əsasən ədəbiyyat dərsliklərində şair və yazıçılara bığ, saç-saqqal, papaq, eynək çəkənlər, kitabın səhifələrində, şagird stolunda, məktəbin divarlarında hətta ağacın gövdəsi üzərində yazı yazanlardır ki, indi böyüyüb köhnə adət-ənənələrindən əl çəkə bilmirlər. Uşaqlıqdan belə öyrənmişəm: “Kitabı yazmaq və ya cırmaq olmaz”. Kitabxanalarda milyonlarca yaralı kitab var. Hətta o yaranı ört-basdır etmək üçün ağardıcı belə dərman deyil. Hələ vərəqləri ya köhnəlikdən, ya da vəhşilikdən paramparça olan kitabları demirəm. Elə kitab var açıb oxumağa qorxursan,ona görə yox ki, içində qorxulu hekayə və ya roman yazılıb. Bu qorxuya səbəb kitabqurdları tərəfindən vərəqlərin cırılması, çıxarılmasıdır. Sanki bu dəqiqə uçub gedəcəklərmiş kimi taqətdən düşmüş bu kitablar bir üfürməlik küləyə belə qarşı dura bilməzlər.

Kitabqurdu mövzusu haqqında yazdığım zaman 1979-cu ildə çəkilmiş “Bizi bağışlayın” adlı Azərbaycan filmindən parça yadıma düşür:

-Bu nə uşaqlıqdır? Kitabı cırmaq… Tutaq ki, o sənə gərək deyil, hərçənd mən əmin deyiləm ki, sən onu öyrənmisən. Adam nərdivanla yuxarı qalxdıqda pilləkanları sındırmır, çünki arxasınca başqası gələcək. Bəlkə də, elə sən özün həmin pilləkənlərlə geri qayıtmalı oldun.

PS. Filmdə müəllimənin dilindən verilən bu cümlələrlə yazıma nöqtə qoymaq istəyirəm. Ümid edirəm ki, bu nöqtəyə sonradan vergül əlavə edib mövzuya yenidən qayıtmalı olmayacam.

image

“Ac dünya”nın ac qurbanları

6 yaşım var idi.Bu yaşdan adətən normal həyatda yaşayan uşağın məktəb dövrü başlayır.Təmiz otaqlar,tabaşir,çantalar və yeni dostlar…Lakin mənə bu həyat nəsib olmadı.Məktəb otaqlarını yağış suyu, saralmış yarpaqlar və müxtəlif tullantılarla bəzədilmiş sərgərdan küçələr əvəz etdi.Müəllimim də hər kəsin müəllimindən fərqlənirdi.Adı Həyat idi…Yeni gördüyüm insanların kimindən qəddarlıq,kimindən ürəyiaçıqlıq öyrəndim.Sinif yoldaşlarımı mən yaşda və bəlkə də məndən yaşca böyük və kiçik ,mənim kimi səfil həyatını yaşayan uşaqlar əvəz etdi.Keçdiyim fənnlərin adı isə belə idi: yaxşılıq,qəddarlıq,hiyləgərlik,kobudluq,saflıq və s…Saysam bəlkə də bitməz.Məktəb gündəliyində fənlər həftənin müxtəlif günlərinə təyin edilir və şagirdlərə öyrədilir.Mənim isə bu fənlərimin günü,həftəsi,ayı yox idi.Ev yeməyinin dadını çoxdan itirmişdim.Əllərinə pul düşən kimi insanların pulu lazımsız ,ziyanlı işlərə xərclədiklərini çox görmüşdüm.Biz səfillər üçünsə bu pul bir günlük də olsa xəzinə idi.Kimisi ürəyi ağrıdığından verir,kimisi “Allah savabımı yazsın” deyib sanki Allahla şərt kəsərək mənə o pulu uzadırdı.Utanmaq hissinin nə olduğunu çoxdan unutmuşdum.Çünki çoxlarından fərqli olaraq daxilimdəki səs hər gün ” olum ” və ya ” ölüm “sözlərini qulağıma pıçıldayırdı.Mənə uzadılan pul ” olum ” idi.Demək, artıq bir gün də yaşayacaqdım.Əlimdə pul görən uşaqların o məsum simaları,həsrətlə baxan gözləri hələ də yaddaşımdadır.

Əlimə pul düşən kimi cəld yaxınlıqdakı mağazaya üz tutardım.Pulu verib çörəyi alan zaman sanki dünyanın bütün naz-nemətini mənə vermişdilər.Həmişə bu an beynimdə bu fikir dolaşardı ” Tək olsaydım məmnunluqla çörəyi özüm yeyərdim “,amma yox həyat mənə paylaşmağı öyrətmişdi.Əllərində bu qədər naz-nemət var ikən bir-birinin ətini yeyən insanlardan olmadım,ola bilmədim,bacarmadım…Uşaqlarla çörəyi bərabər şəkildə bölüb yediyimiz vaxtlar yadıma düşür.Yaxınlıqdakı avtomobillərin birindən səslənən mahnının sözləri isə hələ də qulağımdadır:

Görmədik biz gül dəstəsi,

Görmədik biz oyuncaq,

Ata səsi,ana səsi eşitmədik doyunca…

Bu ifaçının adını bilməsəm də eşitdiyim bu bənd sanki bizi təsvir edirdi.

Yeməyin dadını itirmişdim dedim.Kiməsə iyrənc görünə bilər,amma yeməyi zibil qutularından tapırdıq.Tapanda isə elə sevinirdik ki , sanki yemək dolu soyuducu tapmışıq.Əynimizdəki paltar da normal paltara bənzəmirdi.Yazın və yayın gəlişinə sevinərdik ,çünki havalar o qədər də soyuq keçmirdi.Payız və qış ən çətin yaşadığımız (əgər buna yaşamaq demək olarsa) dövr idi.

Yoldaşlarımdan kimi soyuqdan donaraq,kimi qızdırmadan ,kimi aclıqdan dünyasını dəyişdi.Bu dünyanı tərk edən dostlarıma “Canlarını qurtardılar” deyə qibtə edirəm.” Ac dünya ” acları dünyadan köçürdü.Mən isə hələ də yaşayıram.Hər gün yaşadığıma görə də özümü günahkar bilirəm.Səfillik artıq həyat tərzimə çevrilib.Normal həyat yaşayan insanların ölüm mələyi qapılarını döyəndə daxillərindəki səs “biraz da
yaşayım” deyə onlara pıçıldayır.Mənim isə düşüncələrim hər gün mənə”ölüm,ölüm ” deyə marşlar oxuyur.
image